Robert Fitso Volodimir Zelenskini qaz tranziti ilə bağlı danışıqlara dəvət edir
Robert Fitso Volodimir Zelenskini qaz tranziti ilə bağlı danışıqlara dəvət edir, – bu barədə “Reuters” agentliyi yazır.
“Belə bir görüş Ukrayna ərazisindən keçməklə Slovakiya və digər ölkələrə qaz təchizatı ilə bağlı açıq müzakirə üçün yaxşı zəmin yaradacaq”, – deyə Fitso Zelenskiyə açıq məktubunda bildirib.
Xatırladaq ki, Kiyev yanvarın 1-dən Rusiya qazının Ukraynadan keçməklə Avropaya tranzitini dayandırıb. Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Slovakiya Rusiya qazının tranzitini dayandırdığı üçün Ukraynaya qarşı cavab tədbirləri nəzərdən keçirir.