Robert Fitso -Vladimir Putin Slovakiyaya söz verib ki, “Qazprom” müqavilə ilə nəzərdə tutulmuş qaz tədarükünün alternativ yollarını tapacaq

18:26, 10.01.2025

Vladimir Putin Slovakiyaya söz verib ki, “Qazprom” müqavilə ilə nəzərdə tutulmuş qaz tədarükünün alternativ yollarını tapacaq, – bu barədə Slovakiyanın baş naziri Robert Fitso bildirib.

Fitsonun söylədiyinə görə, qazın bir hissəsi Türkiyə vasitəsilə, “Cənub axını” ilə, bir hissəsi isə Qərbi Avropadan tədarük edilə bilər.

“Biz bir hissəsini Cənub axını ilə əldə edə bilərik, lakin hazırda bizim ehtiyatımız var, Slovakiyanın istehlakı təmin edilib. Prezident Putin bizə zəmanət verdi ki, müxalifətin xoşuna gəlsə də, gəlməsə də, onlar öz öhdəliklərini yerinə yetirəcəklər, Çünki Rusiyanı görəndə şeytan görürsünüz, başqa heç nə – Rusiya enerji təchizatı baxımından həmişə etibarlı tərəfdaş olub”, – Fitso parlament komitəsindəki çıxışı zamanı bildirib.

Ukrayna hakimiyyəti yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırıb. Robert Fitso dekabrın 22-də Moskvada olub və Vladimir Putinlə Rusiya qazının Ukrayna ərazisindən tranziti barədə danışıb.

Oxşar