Robert Fitso - Slovakiya Ukraynanın təhlükəsizlik zəmanətlərində iştirak edə bilməz, lakin atəşkəs və sülhə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir
Robert Fitso - Slovakiya Ukraynanın təhlükəsizlik zəmanətlərində iştirak edə bilməz, lakin atəşkəs və sülhə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir

Slovakiya Ukraynanın təhlükəsizlik zəmanətlərində iştirak edə bilməz, lakin atəşkəs və sülhə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir, – bu barədə Slovakiyanın baş naziri Robert Fitso Ujqorodda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

Fitsonun dediyinə görə, o, sülhün tərəfdarıdır.

Bununla yanaşı, Ukraynanın “Unian” nəşri xəbər verir ki, Robert Fitso Ukraynanın Avropa İttifaqına üzv olmasını istədiyini və Kiyevin öz vaxtında Slovakiyanın buraxdığı “ölümcül səhvləri” təkrarlamaması üçün bu sahədə öz təcrübəsini Ukrayna ilə bölüşməyə hazır olduğunu bildirib.

Robert Fitsonun qeyd etdiyi kimi, o, Slovakiya və Ukrayna arasında yaxşı, dostluq və keyfiyyətli olmasını münasibətlərin olmasını istəyir. Onun dediyinə görə, Bratislava və Kiyev arasında bəzi məsələlərdə fərqli fikirlər mövcuddur.

“Mən şadam ki, biz üzbəüz danışa bildik, bəzi məsələləri və mövqelərimizi bir-birimizə izah edə bildik. Bəzi fikirlər fərqlidir, həyat belədir”, – Robert Fitso qeyd edib.