Robert Fitso – Sanksiya tətbiq etməklə Gürcüstanın daxili işlərinə hər hansı müdaxilə cəhdi bizim üçün qırmızı xəttdir

19:17, 16.12.2024

Biz Gürcüstandakı mövcud vəziyyətə obyektiv qiymət verməyə çağırırıq. Sanksiya tətbiq etməklə Gürcüstanın daxili işlərinə hər hansı müdaxilə cəhdi bizim üçün qırmızı xəttdir, – bu barədə Slovakiyanın baş naziri Robert Fitso Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığında bildirib.

Fitso həmçinin qeyd edib ki, Slovakiya Avropa İttifaqının genişlənməsini dəstəkləyir.

Onun bəyanatına görə, qeyri-qanuni miqrasiya ilə mübarizədə həlledici rol oynayan Serbiya xüsusi dəstəyə layiqdir.

Oxşar