Robert Fitso - Rusiyayla sülh sazişi Ukrayna tərəfinin razılığı olmadan mümkün deyil
Robert Fitso - Rusiyayla sülh sazişi Ukrayna tərəfinin razılığı olmadan mümkün deyil

Rusiyayla sülh sazişi Ukrayna tərəfinin razılığı olmadan mümkün deyil, – bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Fitsonun sosial şəbəkədə yazdığı kimi, bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, o və Volodimir Zelenski ölkələr arasında dostluq münasibətlərində maraqlıdırlar.

“Bəzi məsələlərdə fərqli baxışlarımızın olmasına baxmayaraq, Slovakiya və Ukrayna arasında yaxşı və dostluq münasibətlərinin qurulması üçün ortaq marağımız var. Mən təsdiqlədim ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətindəki istəklərini dəstəkləyir, çünki Slovakiya istəyir ki, Ukrayna, bizim qonşumuz olaraq, sabit və demokratik bir ölkə olsun. Həmçinin vurğuladım ki, Rusiya Federasiyası ilə hərbi münaqişədə Ukrayna tərəfinin razılığı olmadan sülh sazişi mümkün deyil”, – Fitso yazır.

Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiyanın Baş naziri Robert Fitso telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyünü müzakirə ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazdığı kimi, Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini eşitmək vacib idi.