Robert Fitso - Qərbi Avropa üçün rusun və ya ukraynalının həyatı heçə sayılırsa, mən belə Avropanın bir hissəsi olmaq istəmirəm, Ukraynanın hərbi dəstəyini nəzərdə tutan heç bir şeyi dəstəkləməyəcəyəm
Slovakiyanın baş naziri Roberto Fitso Ukraynanın hərbi yardımına dair Avropa İttifaqının planlarını dəstəkləməkdən imtina edib.
Roberto Fitsonun izahatına görə, o, Avropa Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.
“Qərbi Avropa üçün rusun və ya ukraynalının həyatı heçə sayılırsa, mən belə Avropanın bir hissəsi olmaq istəmirəm. Mən heç nəyi dəstəkləməyəcəyəm, hətta Yeni ilədək Brüsseldə otursaq da, Ukraynanın hərbi xərclərinin dəstəklənməsini nəzərdə tutan hər şeyi”, – Fitso sosial şəbəkədə yazır.
Slovakiyanın baş naziri qeyd edib ki, o, digər növ yardıma hazırdır.
“Slovakiyanın baş naziri kimi mən Slovakiya və Ukrayna hökumətləri arasında ikitərəfli danışıqlar əsasında Ukraynanın yenidən qurulmasında dəstək verməyə hazıram”, – Robert Fitso bildirib.
Bununla yanaşı, onun dediyinə görə, belə məzmunlu məktubu Avropa İttifaqına üzv olan bütün ölkələrin baş nazirlərinə də göndərib.