Robert Fitso - Putinə Zelenskinin mesajını çatdırdım. Ermənistandakı görüşümüz zamanı Zelenski mənə dedi ki, Putinlə istənilən formatda görüşməyə hazırdır, Zelenski Putinə zəng etməlidir
Robert Fitso - Putinə Zelenskinin mesajını çatdırdım. Ermənistandakı görüşümüz zamanı Zelenski mənə dedi ki, Putinlə istənilən formatda görüşməyə hazırdır, Zelenski Putinə zəng etməlidir

Zelenski Putinə zəng etməlidir. Bu barədə Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Fitso qeyd edir ki, şəxsi söhbət zamanı Zelenski Putinlə istənilən formatda görüşmək istəyini bildirib.

Robert Fitso həmçinin bu mesajı Rusiya tərəfinə çatdırdığını bildirib.

“Mən Ukrayna Prezidenti Volodimir Zelenskinin mesajını Rusiya Prezidentinə çatdırdım. Ermənistanda keçirilən üz-üzə görüş zamanı o, mənə Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirdi. Cavab göz qabağındadır: əgər Ukrayna Prezidenti görüşdə maraqlıdırsa, rusiyalı həmkarı ilə telefonla əlaqə saxlamalıdır”, – Fitso bildirib.

Xatırladaq ki, Slovakiyanın Baş naziri 9 mayda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.