Robert Fitso - Litva və Latviya bəyan ediblər ki, 9 Mayda Moskvaya səfərimiz zamanı öz əraziləri üzərindən uçuşa icazə verməyəcəklər, amma əminəm ki, başqa marşrut tapacağıq
Latviya və Litva 9 Mayda Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdıran Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi üçün hava məkanlarını bağlayıblar.
Slovakiyanın Baş naziri özü məlumat yayır və narazılığını bildirir.
“Litva və Latviya artıq bildiriblər ki, Moskvaya yola düşərkən onların əraziləri üzərindən uçuşa icazə verməyəcəklər. Aİ üzv dövlətləri digər Aİ üzv dövlətinin baş nazirinə öz əraziləri üzərindən uçuşa icazə vermir”, – Fitso bildirib.
Bununla yanaşı, Fitso alternativ marşrut tapmağa nail olacağını bildirir.
“Əminəm ki, ötən il Estoniyanın planlarımızı pozduğu kimi, bu il də başqa bir marşrut tapacağam”, – Slovakiyanın Baş naziri bildirib.
Məlumat üçün bildirək ki, ötən il avropalı həmkarlarının etirazlarına baxmayaraq, Robert Fitso yenə də Moskvada keçirilən 9 may paradına gəlmişdi. 2025-ci ilin mayın 9-da Moskvada keçirilən təntənəli tədbirlərdə dövlət başçısı səviyyəsində Fitso və Serbiya Prezidenti Aleksandar Vuçiç Putinin yeganə Avropalı qonaqları olublar.