Robert Fitso - Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli münaqişələrin diplomatik dialoq yolu ilə həll oluna biləcəyinə dair avropaya güclü siqnal olacaq
Robert Fitso - Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli münaqişələrin diplomatik dialoq yolu ilə həll oluna biləcəyinə dair avropaya güclü siqnal olacaq

Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli avropaya münaqişələrin diplomatik dialoq yolu ilə həll oluna biləcəyinə dair güclü siqnal olacaq, – bu barədə Yerevanda səfərdə olan Slovakiyanın baş naziri Robert Fitso bildirib.

Robert Fitsonun söylədiyinə görə, Ermənistan və Azərbaycan tərəfindən prosesin fasiləsiz şəkildə tamamlanması mühüm əhəmiyyət kəsb edir.

“Baş nazirə Azərbaycanla yekun sülh sazişinin əldə edilməsi səylərində göstərdiyi liderliyə görə təşəkkür etmək istəyirəm. Hərkəsə indicə təqdim etdiyiniz faydalı, rəngarəng məlumata görə çox sağ olun. Bu il verilən bəyanat regionda davamlı sülh və təhlükəsizlik üçün mühüm addım oldu. Bu impulsun qorunub saxlanması və hər iki tərəfin prosesin fasiləsiz tamamlanmasını təmin etməsi mühüm əhəmiyyət daşıyır”, – Robert Fitso bildirib.

Bununla yanaşı, Fitso Slovakiya və Ermənistan arasında ticarət əlaqələrinə də diqqət yetirib.

“Biz ümumi xristian irsini paylaşırıq. Ermənistan Slovakiyanın regionda əsas ticarət tərəfdaşıdır və ticarətimiz artır. Ticarətimizin, xüsusən də nüvə enerjisi, avtomobil sənayesi, müdafiə və turizm sahələrində genişlənməsinə əlavə təkan vermək istəyirəm. İnanıram ki, Baş nazirin bütün bu əməkdaşlıq aspektlərini və perspektivlərini müzakirə etmək üçün kifayət qədər vaxtı olacaq. Daha güclü dəstəklə Ermənistanın Avropa İttifaqı ilə əlaqələri daha da sıx olacaq. Slovakiya Avropa İttifaqı – Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi və vizaların ləğvi dialoqunun potensialının tam reallaşdırılması üçün kompleks bazar və sosial islahatların həyata keçirilməsi üzrə təcrübəsini paylaşmağa hazırdır”, – Fitso qeyd edib.

Həmçinin, Slovakiyanın baş naziri Aİ-nin Müşahidə missiyasının Ermənistanda olmasını təqdir edir.