Robert Fitso 2025-ci ilin mayın 9-da Moskvada faşizm üzərində qələbə paradında iştirak edəcəyini bildirir

20:58, 27.11.2024

Slovakiyanın Baş naziri Robert Fitso 2025-ci ilin mayın 9-da Moskvada qələbə paradında iştirak edəcəyini bildirir.

Robert Fitso sosial şəbəkədə İkinci Dünya Müharibəsində qələbənin 80-ci il dönümünü Moskvada qeyd etmək üçün Rusiya prezidenti Vladimir Putindən dəvət aldığını yazıb.

“Slovakiya hökuməti faşizmə qarşı mübarizənin irsinin və tarixi həqiqətə, İkinci Dünya Müharibəsi və Qırmızı Ordunun oynadığı o rola sadiq qalır”, – Slovakiyanın Baş naziri yazıb.

Məlumat üçün bildirək ki, Robert Fitso dəfələrlə Ukraynada və Qərbdə rusiyayönlü mövqe kimi qavranılan bəyanatlarla çıxış edib. Xüsusilə, Slovakiyanın baş naziri deyir ki, Ukraynadakı müharibə kompromis yolu ilə bitməlidir. Baş nazir təyin olunduqdan sonra o, Ukraynaya hərbi yardımı dayandırdığını bildirib.

Oxşar