Rişi Sunak – Rusiya qoşunlarının zəbt olunmuş ərazilərdən çıxmasına qədər heç bir real danışıqlar ola bilməz və olmamalıdır
Rusiyaya atəşkəs üçün istənilən birtərəfli çağırış indiki vəziyyətdə tamamilə mənasızdır-bu barədə Britaniyanın Baş naziri Rişi Sunak açıqlayıb.
O, bu barədə Riqa Sammitində bəyanat verib.
“Rusiya bundan yenidən qruplaşmaq, öz qoşunlarını gücləndirmək üçün istifadə edir. Onlar işğal olunmuş əraziləri tərk etməyənə qədər heç bir real danışıqlar ola bilməz və olmamalıdır” -deyə Böyük Britaniyanın Baş naziri açıqlayıb.
Sunak bildirib ki, beynəlxalq ictimaiyyətin qətiliyi aydındır, onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər.
“İlk növbədə ona görə ki, onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” – deyə Britaniyanın baş naziri əlavə edib.