Rişi Sunak rəsmi olaraq Böyük Britaniyanın baş naziri təyin edilib

17:02, 25.10.2022

 

Rişi Sunak rəsmi olaraq Böyük Britaniyanın 57-ci baş naziri təyin edilib. 42 yaşlı Sunak bu statusu kral III Çarlzla Bukinqem sarayında görüşdükdən sonra alıb.

Bu il Sunak Böyük Britaniyanın Boris Conson və Liz Trassdan sonra “Downing Street” 10 ünvanında yerləşən iqamətgahına daxil olan üçüncü baş naziridir.

Bukinqem sarayında kralla simvolik görüşdən sonra Böyük Britaniyanın yeni baş naziri ictimaiyyətə bir daha müraciət edib.

“Bu gün ölkəmiz dərin iqtisadi böhran içindədir. “Covid”in təsirləri hələ də görünür. Putinin Ukraynadakı müharibəsi bütün dünyada enerji bazarlarını və tədarük zəncirlərini sabitsizləşdirdi” – deyə Rişi Sunak bildirib.

O, çıxışında sələfi Liz Trassa bir daha təşəkkür edib. Sunak keçmiş baş nazirin iqtisadiyyatın artım tempini yaxşılaşdırmaq istəyində yanılmadığını, lakin onun hökumətinin səhvlərə yol verdiyini qeyd edib.

“Bu səhvlər pis niyyətlə edilməyib. Əksinə, lakin bu yenə də səhv idi. Partiyamın lideri və Böyük Britaniyanın baş naziri kimi məhz qismən bu səhvləri düzəltmək üçün seçildim. Bu iş elə indi başlayır” – deyə Rişi Sunak bildirib.

O, Britaniyanın yeni hökumətinin gündəminin əsas mövzusunun iqtisadi sabitlik olacağını bildirib.

“Bu o deməkdir ki, bizi irəlidə çətin qərarlar gözləyir. Kovid zamanı insanları və müəssisələri qorumaq üçün əlimdən gələni etdiyimə şahid oldunuz, lakin həmişə hədd var idi. İndi də belədir, lakin söz verirəm ki, bugünkü çətinliklərlə qarşı-qarşıyaykən həmrəyliklə hərəkət edəcəyəm . Mənim hökumətim zəif olduğumuz üçün ödəyə bilmədiyimiz borcları övladlarınız , nəvələrinizə tərk etməz. Mən ölkəmizi sözlə deyil, əməllə birləşdirəcəyəm” -deyə Böyük Britaniyanın yeni baş naziri bildirib.

Rişi Sunak çıxışında həmçinin Boris Consona da minnətdarlığını bildirib və Böyük Britaniyanın keçmiş baş nazirinin inanılmaz nailiyyətlər qazandığını əlavə edib.

“Boris Consonun 2019-cu ildə Mühafizəkarlar Partiyasının qazandığı etimad mandatının bir şəxsə aid olmaması məsələsində mənimlə razılaşacağını bilirəm. Bu, hər birimizi birləşdirən mandatdır” – deyə Rişi Sunak bildirib.

Oxşar