Rişi Sunak – lazım olduğu qədər Ukraynanın yanında olacağıq, hərbi yardımı qoruyub saxlayacağıq və ya artıracağıq
Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya hərbi yardımı davam etdirəcəyini vəd edib. O, yardımın həcminin artırıla biləcəyinin istisna edilmədiyini bildirib.
“Biz lazım olduğu qədər Ukraynanın yanında olacağıq. Gələn il hərbi yardımımızı qoruyub saxlayacağıq və ya artıracağıq və hava hücumundan müdafiə üçün yeni dəstəklə təmin edəcəyik” – deyə Sunak bildirib.
“Reuters” agentliyinin yazdığı üzrə, baş nazir bildirib ki, Böyük Britaniya beynəlxalq rəqibləri ilə “böyük ritorika ilə deyil, güclü praqmatizmlə” qarşı-qarşıya gələcək.