Rişi Sunak Britaniya-Çin münasibətlərinin “qızıl dövrü”nün sona çatdığını bildirir
Böyük Britaniyanın baş naziri Rişi Sunak Britaniya-Çin münasibətlərinin “qızıl dövrü”nün sona çatdığını bildirir. Bu barədə Sunak xarici siyasət məsələsi ilə bağlı çıxışı zamanı açıqlayıb.
Sunak bildirib ki, Çinlə münasibətlərin “qızıl dövrü”, eləcə də Qərblə ticarətin artırılmasının Çinin siyasi islahatlarına gətirib çıxaracağına dair “sadəlövh fikir” də başa çatıb.
Britaniyanın baş naziri Londonun öz rəqiblərinə qarşı arzuya əsaslanan düşüncəni “qəti praqmatizm”lə əvəzləməli olduğunu bildirib. Bununla yanaşı, o, qlobal iqtisadi sabitlik və iqlim dəyişikliyi kimi məsələlərdə Çinin qlobal əhəmiyyətinin nəzərə alınmalı olduğunu bildirib.
Rişi Sunak Çində davam edən etirazlara və BBC jurnalistinin saxlanılmasına da münasibət bildirib.
“Çinin dəyərlərimizə və maraqlarımıza qarşı sistematik çağırış olduğunu biz etraf edirik. Bu çağırış onun avtoritarizmə doğru irəliləməsi ilə getdikcə daha da kəskinləşir”- deyə Sunak bildirib.
Rişi Sunak Böyük Britaniyanın ABŞ, Kanada, Avstraliya və Yaponiya kimi müttəfiqləri ilə diplomatiya və iştirak yolu da daxil olmaqla bu şiddətli rəqabəti idarə etmək üçün işləyəcəyini bildirib. “Bu, rəqiblərimizin qarşısında yüksək ritorika ilə deyil, möhkəm praqmatizmlə dayanmaq deməkdir” – deyə Böyük Britaniyanın baş naziri qeyd edib.