Rio-de-Janeyroda “Böyük iyirmilik” sammiti keçirilir
Rio-de-Janeyroda “Böyük iyirmilik” sammiti keçirilir. Dövlət başçıları artıq Braziliyanın paytaxtına gəliblər.
Liderlər sammitdə yoxsulluq, ticarət, iqlim dəyişikliyi və beynəlxalq təhlükəsizlik kimi məsələləri müzakirə edəcəklər.
ABŞ prezidenti Co Bayden də Rio-de-Janeyroya gəlib və yola düşməzdən əvvəl Amazonun tropik meşəsinə baş çəkib.
Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makron, Çin prezidenti Si Dzinpin, Argentina prezidenti Xavyer Milley, Almaniya kansleri Olaf Şolts, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kanadanın baş naziri Castin Trudo, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın baş naziri Corciya Melloni və Çili Prezidenti Qabriel Boriçi sammit çərçivəsində artıq Braziliyaya səfər ediblər.
Braziliya “Böyük iyirmilik” sammitinin təhlükəsizliyini gücləndirmək üçün hərbçilər, zirehli texnika və dəniz gəmilərini yerləşdirib.