Rikoti sürətli yolunun 4 km-lik hissəsində şərq-qərb istiqamətində iki zolağın tikintisi başa çatıb və avtonəqliyyatın hərəkəti açılıb
Rikotinin 4 zolaqlı sürətli yolunun şərq-qərb istiqamətində qalan 4 km-lik hissəsində 2 zolağın tikintisi başa çatıb və avtonəqliyyatın hərəkəti bu gün açılıb. Bu barədə İnfrastruktur Nazirliyi məlumat yayır.
İşlər başa çatdıqdan sonra 52 km-lik Rikoti magistral yolu avtonəqliyyat üçün tam açıq olacaq ki, bu da nəqliyyatın hərəkətini xeyli yaxşılaşdıracaq.