Rikard İozviak – Macarıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılması müqabilində səkkiz nəfərin sanksiyalar siyahısından çıxarılmasını tələb edir
Macarıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılması müqabilində səkkiz nəfərin sanksiyalar siyahısından çıxarılmasını tələb edir. Bu barədə “Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard İozviak yazır.
“Avropa İttifaqı ilə danışıqlarda Rusiyanın Ukraynaya qarşı müharibəyə cavab olaraq tətbiq etdiyi və təxminən 2400 fiziki şəxs və şirkətə təsir edən sanksiyaların davam etdirilməsindən danışılır. Macarıstan sanksiyaların davam etdirilməsinə razılıq vermək müqabilində səkkiz nəfərin sanksiyalar siyahısından çıxarılmasını tələb edir. Son tarix 15 martdır, – İozviak yazır.
Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsini müzakirə edəcəyi növbəti görüşü çərşənbə günü, martın 12-də Brüsseldə keçiriləcək.