Riğe-Nariğalanı birləşdirən kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək.
Riğe-Nariğalanı birləşdirən kanat yolu texniki reqlamentdə nəzərdə tutulmuş işlərlə əlaqədar, aprelin 8-dən etibarən sərnişinlərə müvəqqəti olaraq xidmət göstərə bilməyəcək, – bu barədə Tbilisi meriyası məlumat yayır.
“Qeyd olunan müddətdə kanat yolunda planlı təftiş və texniki xidmet işləri aparılacaq ki, bunu da İtaliyanın “Lightner” istehsalat şirkətinin mütəxəssisləri həyata keçiriləcəklər.
Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir”, – Tbilisi meriyasının məlumatında qeyd olunub.