Revaz Soxadze – Hamımız səfərbər olmuşuq ki, Telavidə şahidi olduğumuz fəsadlar mümkün qədər tez aradan qaldırılsın və şəhər ən qısa zamanda adi ritminə qayıtsın

16:33, 12.07.2026

İnfrastruktur naziri Revaz Soxadzenin bildirdiyinə görə, Telavidə təbii fəlakətin vurduğu ziyanın ən qısa zamanda aradan qaldırılması üçün bütün müvafiq qurumlar prosesə cəlb olunub.

Soxadzenin bildirdiyinə görə, təbii fəlakət yenidən təkrarlanacağı təqdirdə qabaqlayıcı tədbirlər də görüləcək.

“Dünən gecə Telavidə təbii fəlakət baş verib, mərkəzi küçə ciddi şəkildə zədələnib. Hazırda İnfrastruktur Nazirliyinin bütün müvafiq qurumları səfərbər olunub, bütün nazirliklər prosesə cəlb edilib. Mən burada Kaxa Quledani, Davit Sonğulaşvili, parlament üzvləri və qubernator ilə birlikdəyəm. Hər birimiz səfərbər olmuşuq ki, Telavidə hamımızın birlikdə gördüyü bu vəziyyət ən qısa zamanda aradan qaldırılsın və şəhər mümkün qədər tez adi ritminə qayıtsın.

Gələcəkdə bu məsələni araşdıracağıq və təbii fəlakət yenidən təkrarlanacağı təqdirdə onun fəsadlarını maksimum dərəcədə azaltmaq üçün bütün qabaqlayıcı tədbirlər görüləcək”, – deyə Revaz Soxadze bildirib.

Telavidə güclü yağıntı nəticəsində yaşayış evlərinin və binalarının birinci mərtəbələrini su basıb, elektrik ötürücü xətləri sıradan çıxıb, avtomobillərə ziyan dəyib. Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyat qərargahı yaradılıb və onun üzvlərinə həm qanunvericilik, həm də yerli hakimiyyət nümayəndələri daxildir.

 

Oxşar