“Reuters”in verdiyi məlumatda Polşada bunkerlər və sığınacaqların yoxlanıldığı deyilir

19:10, 11.10.2022

 

Polşada bunkerlər və sığınacaqlarda yoxlama başladıblar.

“Reuters” bu barədə Polşa daxili işlər nazirinin müavininin açıqlama verdiyinə dair məlumat yayır.

O, yoxlamanın vətəndaşların bombardman zamanı sığınmalı olduqları ölkə üzrə 62 min sığınacağa şamil olunacağını bildirib.

Polşa hakimiyyəti tərəfindən verilən məlumatda bildirilir ki, yoxlamanın başlanması çoxdan planlaşdırılıb və sadəcə olaraq Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə raket hücumlarına təsadüf edib.

Lakin, Polşa Daxili İşlər Nazirliyində ukraynalı həmkarları ilə əməkdaşlıq etdiklərini, mülki müdafiənin təşkili zamanı onların tövsiyələri və təcrübələri ilə tanış olduqlarını açıqlayırlar.

“Hətta bütün qaranlıq ssenarilərə hazırlaşırıq. Biz bunu etməyə borcluyuq. Belə bir ssenarinin inkişaf ehtimalı az olsa da, biz hazır olmalıyıq”- deyə Polşa daxili işlər nazirinin müavini Matsei Vanskima bildirib.

Oxşar