“Reuters”in məlumatında Çində “Covid-19”a yoluxma hallarının sayının artması səbəbindən xəstəxanaların dolduğu deyilir
Çində “Covid-19”a yoluxma hallarının sayının artması səbəbindən xəstəxanalar dolub. Məlumatı “Reuters” agentliyi yayır.
Pekindəki xəstəxanalardan birinin həkimi pasiyentlərin əksəriyyətinin ahıl olduğunu, əsasən ağ ciyər iltihabı kimi olduqca ağır simptomlardan əziyyət çəkdiyini açıqlayıb.
“Reuters”ə danışan Ksian şəhərindəki xəstəxanalardan birinin əməkdaşı bu həftə təcili tibbi yardım qrupundakı demək olar ki, bütün həkimlərin virusa yoluxduğunu bildirib.
Çinin Xəstəliklər Mərkəzinin rəsmi məlumatlarına görə, bu həftə ölkədə koviddən ölüm halı qeydə alınmayıb. Gündəlik yoluxma hallarının sayına gəlincə, hakimiyyətin qərarına əsasən, bu statistika həftədə yalnız bir dəfə ictimailəşdirilir.