“Reuters”in məlumatına görə, Nyu-Yorkda Müstəqillik Gününün qeyd edilməsi zamanı baş verən atışma nəticəsində azı səkkiz nəfər yaralanıb

13:58, 05.07.2026

Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkun Koni-Aylend (Coney Island) rayonunda Müstəqillik Gününün qeyd edilməsi zamanı baş verən atışma nəticəsində azı səkkiz nəfər, o cümlədən dörd uşaq yaralanıb.

Nyu-York polisinin məlumatına görə, atışma barədə bildiriş yerli vaxtla təxminən saat 22:37-də daxil olub. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti stabildir, yaralılardan birinin vəziyyəti isə kritik ağırdır.

Polis hadisə yerindən odlu silah götürüb, lakin bu vaxta qədər heç kim saxlanılmayıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Oxşar