“Reuters” – Yaponiyada son 24 saatda “Covid-19″dan 415 nəfər dünyasını dəyişib
Yaponiyada son 24 saatda “Covid-19″dan 415 nəfər dünyasını dəyişib ki, bu da rekord göstəricidir. “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.
Ötən 24 saat ərzində Yaponiyada virusa 216,219 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da keçən həftənin göstəriciləri ilə müqayisədə dörd faiz çoxdur.
“Reuters” son bir həftə ərzində Yaponiyada rekord sayda “Covid-19″a yoluxma halının qeydə alınması barədə məlumat yayır.