"Reuters" və Ipsos-un keçirdiyi sorğuya görə, amerikalıların 27%-i ABŞ-ın İrandakı əməliyyatını dəstəkləyir, 43%-i isə hücumlara qarşı çıxır
ABŞ əhalisinin yalnız dörddə biri, 27%-i ABŞ-ın İrandakı əməliyyatını dəstəkləyir. “Reuters” agentliyi və Ipsos tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələri belədir.
Sorğuya görə, amerikalıların 43%-i hücumlara qarşıdır, 29%-i isə suala cavab verməkdə çətinlik çəkib.
Demokratlar və Respublikaçılar ABŞ-ın hərbi əməliyyatına fərqli yanaşırlar. Respublikaçıların 55%-i İrandakı zərbələri dəstəkləyir, 13%-i əleyhinədir, 32%-i isə mövqeyini hələ formalaşdırmayıb. Demokratların yalnız 7%-i zərbələri dəstəkləyir, 74%-i əleyhinədir, 19%-i isə cavab verməkdə çətinlik çəkib.
“Reuters” agentliyi qeyd edir ki, sorğu bir neçə amerikalı hərbçinin həlak olması barədə məlumat ictimaiyyətə açıqlanmamışdan əvvəl keçirilib.
“Reuters” və Ipsos-un sorğusu 18-23 fevral tarixləri arasında keçirilib. Ölkə miqyasında 1282 amerikalı yetkin şəxs onlayn sorğuda iştirak edib. Səhv payı üç faiz bəndi olub.