“Reuters” – Ukrayna ordusu İzium istiqamətində irəliləyir
Ukrayna ordusu Xarkov yaxınlığındakı Dovqenke qəsəbəsini rus işğalçılardan azad edib və onlar İziuma doğru irəliləyirlər-bu barədə “Reuters” agentliyi Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviçə istinadən xəbər verir.
O , Rusiya ordusunun ukraynalıların azad etdiyi əraziləri nəticəsiz şəkildə geri almağa cəhd etdiyini bildirib.
Arestoviç Rusiya ordusunun İzium yaxınlığında mühasirəyə alınacağını istisna etmir. Rusların Baxmut və Avdeevki istiqamətində hücumlarını davam etdirdiyi Donbasda da gərgin döyüşlər davam edir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna silahlı qüvvələri son sutka ərzində Donetsk vilayətində iki təxribatçı qrupu zərərsizləşdiriblər. İdarə Rusiya ordusunun Kramatorsk şəhəri istiqamətində atəş açmağa davam etdiyini bildirir.
Həmçinin, Ukrayna Baş Qərargahının məlumatına əsasən, Rusiya hələ də Kursk və Bryansk vilayətlərində qüvvələrini səfərbər edib, bu bölgələrdən Sumı rayonu istiqamətində artilleriya atəşi açır. Ruslar yenidən Nikopola raket zərbəsi endiriblər. Yerli hakimiyyət orqanları reaktiv yaylım atəşi sistemindən istifadə edildiyini bildirir. Qurban yoxdur. Cənub istiqamətində isə Ukrayna hərbçiləri son 24 saat ərzində Rusiya ordusuna məxsus “Pantsir” raket kompleksini, bir neçə zirehli texnikanı, tankları və özüyeriyən haubitsaları məhv etməyə nail olub. 23 rus əsgəri məhv edilib.