“Reuters” – Ukrayna Moskvanın neft emalı zavodunun hər iki əsas qurğusunu sıradan çıxarıb, zavod fəaliyyətini ən azı bir neçə günlük dayandırıb
Ukrayna Moskvanın neft emalı zavodunun hər iki əsas qurğusunu sıradan çıxarıb. Zavod fəaliyyətini ən azı bir neçə günlük dayandırıb. Bu barədə məlumatı “Reuters” yayır.
“Reuters” agentliyinin yazdığına görə, iyunun 18-də Ukrayna PUA-larının zavoda hücumu nəticəsində neft emalı qurğusu zədələnib.
Agentliyin məlumatına görə, bu bloka nominal gücü gündə 140 min barrel olan ilkin neft distillə qurğusu daxildir. Bu qurğu zavodun ilkin emal gücünün 47%-ni təmin edir.
Həmçinin köməkçi avadanlıqlar, neft və neft məhsulları anbarları, boru kəmərləri və ikinci dərəcəli emal qurğuları zədələnib.
Moskva neft emalı zavodu Rusiyanın paytaxtını yanacaqla təmin edir və region üçün kritik əhəmiyyətli obyektdir. İki hücum nəticəsində, ehtimal ki, zavod bir neçə gün ərzində fəaliyyətini bərpa edə bilməyəcək.