„Reuters“ - Türkiyə Kiprə "F-16" tipli qırıcı təyyarələri yerləşdirmək məsələsini nəzərdən keçirir
„Reuters“ - Türkiyə Kiprə "F-16" tipli qırıcı təyyarələri yerləşdirmək məsələsini nəzərdən keçirir

Türkiyə Kiprə “F-16” tipli qırıcı təyyarələri yerləşdirmək məsələsini nəzərdən keçirir, – bu barədə „Reuters“ Türkiyənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır.

Məsələ ilə əlaqəli mənbənin məlumatına görə, Kiprin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “F-16” tipli qırıcı təyyarələrinin yerləşdirilməsi nəzərdən keçirilən tədbirlərdən biridir.

Bundan əvvəl İtaliya, İspaniya, Fransa və Niderland Kipri ​​müdafiə etmək üçün dəniz qüvvələri göndərəcəklərini bildiriblər. Martın 2-də Kiprdə yerləşən Britaniya avia bazasına İran dronu ilə hücum həyata keçirilib.