“Reuters” – Türkiyə boğazları yaxınlığında neft tankerlərinin hərəkəti yenə də məhdudlaşdırılıb, bu da Rusiyaya qarşı sanksiyaların tətbiqinə mane olur
“Reuters” agentliyinin məlumatında qeyd olunub ki, Türkiyə boğazları yaxınlığında neft tankerlərinin hərəkəti yenə də məhdudlaşdırılıb, bu da Rusiyaya qarşı sanksiyaların tətbiqinə mane olur.
“Reuters” yazır ki, Türkiyə Dəniz İdarəsi ekipajları sığorta şirkətlərindən yazılı zəmanət verə bilməyən neft tankerlərinin Türkiyə ərazi sularına buraxılmayacağını açıqlayıb. Türkiyədə bu məktubun təqdim edilməsinin icbari qaydası ayın əvvəlindən qüvvəyə minib.
Digər tərəfdən, sığorta şirkətləri tələb olunan sənədləri Türkiyəyə təqdim edə bilməyəcəklərini, çünki sığortalanan rus neftinin müəyyən edilmiş tavan qiymətdən yüksək qiymətə satıldığı üzə çıxarsa, Ankaranın sanksiyalar tətbiq edə biləcəyini bildirirlər.
Xatırladaq ki, G7-yə üzv ölkələr, Avropa İttifaqı və Avstraliya sığorta şirkətlərinə neftin müəyyən edilmiş tavan qiymətindən artıq satıldığı təqdirdə rus neftinin ixracını təşviq etməyi qadağan etmək barədə razılığa gəliblər.
“Reuters” agentliyi hazırda 28 neft tankerinin Bosfor və Dardanel boğazlarını tərk edə bilmədiyini yazır. Bu gəmilərin əksəriyyəti Aİ ölkələrinə məxsusdur və neft də Aİ limanlarına çatmalıdır.