“Reuters” – Suriya və İsrail Suriya ərazisinə İsrailin son zərbələrindən sonra gərginliyi azaltmaq məqsədilə İordaniyada, ABŞ-ın vasitəçiliyi ilə yüksək səviyyəli danışıqlar aparıblar
Suriya və İsrail Suriya ərazisinə İsrailin son zərbələrindən sonra gərginliyi azaltmaq məqsədilə İordaniyada, ABŞ-ın vasitəçiliyi ilə yüksək səviyyəli danışıqlar aparıblar. Bu barədə “Reuters” agentliyi Suriya mediasına istinadən məlumat yayır.
Medianın məlumatına görə, danışıqlar İsrailin zərbələrinin, həbslərinin və hədəflənmiş əməliyyatlarının dayandırılmasının praktiki mexanizmlərinə yönəlib.
Tərəflər həmçinin təhlükəsizlik sazişi üzrə danışıqların bərpasını da müzakirə ediblər ki, bu da media mənbəsinin məlumatına görə, gələcəkdə daha geniş bir razılaşmanın əsasını qoya bilər.
Suriyanın xarici işlər naziri Əsad Əl-Şaybani bundan əvvəl “Reuters” agentliyinə müsahibəsində Dəməşqin İsrail ilə təhlükəsizlik məsələlərinə dair danışıqların tezliklə bərpa olunmasını gözlədiyini bildirib, lakin tərəflər arasında etimad qıtlığının olduğunu qeyd edib.
Onun sözlərinə görə, İranla müharibə başladıqdan sonra danışıqlar dayandırılıb, Suriya isə keçən həftə İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbələr endirməsindən sonra İsrail ilə əlaqələrini tamamilə kəsib.