"Reuters" - Stiv Uitkoff və Abbas Əraqçı yaxın gələcəkdə Türkiyədə görüşə bilərlər
"Reuters" - Stiv Uitkoff və Abbas Əraqçı yaxın gələcəkdə Türkiyədə görüşə bilərlər

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi yaxın gələcəkdə Türkiyədə görüşə bilərlər. Bu barədə “Reuters” agentliyi İran və amerikan mənbələrinə istinadən yazır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağainin izah etdiyinə görə, Tehran danışıqların müxtəlif aspektlərini nəzərdən keçirir və o qeyd edir ki, İran üçün zamanın həlledici əhəmiyyəti var, çünki ölkə ona tətbiq edilən sanksiyaların tezliklə ləğv edilməsini istəyir.

İranda bildirirlər ki, “top artıq Trampın meydanındadır”,”Çünki 400 kiloqrama qədər zənginləşdirilmiş urandan və onu daha da zənginləşdirməkdən imtina etmək də daxil olmaqla, uran zənginləşdirməsi ilə bağlı müəyyən güzəştlərə getməyə hazırdır. Lakin Tehran ABŞ-ın bunun müqabilində hərbi aktivlərini İrandan çıxarmasını istəyir.

Qeyd etmək lazımdır ki, ötən həftə Prezident Tramp İrana danışıqlara başlamaq üçün üç şərtirəli sürdü – uranın zənginləşdirilməsindən imtina etmək, ballistik raket proqramını məhdudlaşdırmaq və marionet tipli regional qüvvələrin maliyyələşdirilməsini dayandırmaq.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə razılığa gələcəyinə əmindir. O, İranın ABŞ-a olan etimadı itirdiyini bildirib, lakin, İranın xarici işlər naziri tərəfdaş ölkələr vasitəsilə bildiriş mübadiləsinin ABŞ ilə “məhsuldar” danışıqlara töhfə verdiyini deyir. Əraqçinin qeyd etdiyi kimi, danışıqlar yalnız İranın nüvə proqramı ilə bağlı olmalıdır və İran bunun müqabilində Amerika sanksiyalarının qaldırılmasını və dinc məqsədlər üçün uranın zənginləşdirilməsinə davam etmək hüququnu tələb edəcək. İran xarici işlər nazirinin izah etdiyinə görə, danışıqlar uğursuz olarsa, İran müharibəyə hazırdır, bu da “hər kəs üçün fəlakət olacaq” və bölgədə mövcüd Amerika bazaları İranın hərbi hədəfinə çevriləcək.

Bununla bağlı Donald Trampın öz fikri var və onun dediyinə görə, İranla razılaşma əldə olunmazsa, Amerika artıq dünyanın ən böyük və ən güclü gəmilərini İranın yaxınlığında yerləşdirib və İranın ruhani lideri Ayətullah Əli Xameneinin dediyi kimi, Amerika hücumunun regional müharibəyə səbəb olub-olmayacağını görmək qalır.