“Reuters” – Rusiya 2022-ci ildə enerji resurslarının ixracından gəlirlərini 100 milyard dollar artırmağı gözləyir

17:31, 18.08.2022

 

Rusiya 2022-ci ildə enerji resurslarının ixracından gəlirlərini 100 milyard dollar artırmağı gözləyir. Buna səbəb olaraq Moskvada neft ixracatının və qazın qiymətinin bahalaşması göstərilir. Sözügedən məlumatı “Reuters” agentliyi Rusiya İqtisadiyyat Nazirliyinə istinadən yayır.

Onların proqnozlarına görə, 2022-ci ildə enerji resurslarının satışı nəticəsində Rusiyanın gəliri 338 milyard dollara çatacaq. Bu, 2021-ci ildə olduğundan təxminən 100 milyard çoxdur.

“Reuters”in yaydığı məlumatda, bu gəlirin Rusiyaya Qərbin sanksiyaları nəticəsində zərər görən iqtisadiyyatını gücləndirməyə kömək edəcəyi deyilir. Bu, həm də Rusiya prezidentinə maaş və pensiyaları artırmağa imkan verəcək. Rusiya İqtisadiyyat Nazirliyinin proqnozuna görə, bu il təbii qazın qiyməti iki dəfə artacaq, 2025-ci ilə qədər isə onun dəyəri tədricən azalacaq.

Sənəddə, onların enerji ixracından gələn gəlirin gələn il 255,8 milyard dollara düşəcəyini proqnozlaşdırdıqları deyilir, lakin bu yenə də 2021-ci ildən yüksək olacaq. 2021-ci ildə Rusiyanın gəliri 244,2 milyard dollar təşkil edib.

Oxşar