"Reuters" - Rumıniya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni müdafiə mexanizmi çərçivəsində Ukrayna ilə dronların istehsalı məqsədilə əməkdaşlıq edə bilər
"Reuters" - Rumıniya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni müdafiə mexanizmi çərçivəsində Ukrayna ilə dronların istehsalı məqsədilə əməkdaşlıq edə bilər

Rumıniya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni müdafiə mexanizmi çərçivəsində dronların istehsalı məqsədi ilə Ukrayna ilə əməkdaşlıq edə bilər. Bu barədə “Reuters” məlumat yayır.

Yayılan məlumata görə, Rumıniya bu sahədə Ukrayna ilə tərəfdaşlıq qurmaq istəyir. Lakin mənbəyə əsasən məlum olur ki, ölkənin çoxqatlı hava hücumundan müdafiə sistemi yaratması üçün ən azı yeddi il lazımdır.

Məlumat üçün bildirək ki, Avropa İttifaqı və NATO-nun Ukrayna ilə 650 kilometrlik quru sərhədi var. Son iki il ərzində Rusiya Rumıniya yaxınlığında yerləşən Kiyevə aid limanlara hücum etdikdən sonra ölkə ərazisinə ən azı 20 dəfə pilotsuz uçuş aparatlarının qalıqları düşüb.