“Reuters” – Qəzza sektorunun əhalisinin əksəriyyəti “HƏMAS” tərəfindən oktyabrın 7-də İsrailə qarşı həyata keçirilmiş hücumun yanlış olduğunu hesab edir
Qəzza sektorunun əhalisinin əksəriyyəti “HƏMAS” tərəfindən oktyabrın 7-də İsrailə qarşı həyata keçirilmiş hücumun yanlış olduğunu hesab edir. Dərc edilmiş tədqiqata əsasən, bu hücumu dəstəkləyənlərin sayı xeyli azalıb. Bu haqda məlumatı “Reuters” yayır.
Sorğu sentyabrın əvvəlində Fələstinin Siyasət və Araşdırma Mərkəzi tərəfindən aparılıb. Fikri soruşulanların 57%-i bu hücumu dəstəkləmir, 39%-i isə “HƏMAS” tərəfindən İsrailə qarşı həyata keçirilmiş hücumun düzgün olduğunu hesab edir.
Bu, 7 oktyabrdan bəri PSR-ın sorğusunun Qəzzada fikri soruşulanların əksəriyyətinin “HƏMAS”ın hücumunu mənfi qiymətləndirdiyini göstərən ilk haldır. PSR-ın iyunda keçirilmiş əvvəlki sorğusu Qəzzada fikri soruşulanların 57%-nin İsrailə hücumu düzgün hesab etdiyini göstərmişdi.