Reuters - Pakistanda silahlı şəxslər 14 nəfəri qaçırddılar və sonra öldürdülər
Pakistanda silahlı şəxslər 14 nəfəri öncə oğurladılar, sonra isə, öldürdülər.
Bu barədə məlumatı Reuters yayır.
İnsanlara hücum, Mərkəzi Asya ölkəsinin cənub-qərb hissəsində baş verdi.
Yayılan məlumata görə, silahlı şəxslər bir neçə yolçu avtobusuna hücum etdilər.
Onlar avtobuslardan 14 nəfəri rehin aldılar, sonra isə, bir neçə kilometr məsafədə onları qətlə yetirdilər.
Avtomagistralda olan avtobuslar Karaçidən liman şəhəri olan Qvarada doğru gedirdilər.
Baş verən hadisə ilə bağlı heç bir qruplaşma açıqlama verməyib.
Hücumun baş verdiyi Belucistan əyalətində bir neçə islam və separatist qruplaşması mövcuddur.