"Reuters" - Osloda ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib
"Reuters" - Osloda ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib

Osloda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib, – bu barədə “Reuters” agentliyi yazır.

Hadisə yerli vaxtla saat 01:00-da konsulluğun girişinin yaxınlığında baş verib. Partlayış nəticəsində binaya ziyan dəyib.

Norveç polisinin məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bununla yanaşı, bəyanatda qeyd olunub ki, ərazidə əlavə partlayıcı qurğu aşkar edilməyib. Hazırda istintaq aparılır.