“Reuters” – Norveç Avropaya təbii qaz tədarükündə lider rolunu oynayır, son göstəricilərə görə, ölkə Rusiyanı geridə qoyub

16:46, 25.08.2022

 

Norveç Avropaya təbii qaz tədarükündə lider rolunu oynayır, son göstəricilərə görə, ölkə Rusiyanı geridə qoyub-məlumatı “Reuters” yayır.

Norveçin energetika naziri Tiere Asland ölkənin təbii qaz hasilatını hazırkı yüksək səviyyədə saxlamağı planlaşdırdığını bildirir.

“Biz hasilatı 2030-cu ilə qədər hazırkı səviyyədə saxlaya biləcəyimizi gözləyirik” -deyə Asland bildirir.

Rəsmi proqnozlara görə, Norveç təbii qaz hasilatını 2021-ci illə müqayisədə səkkiz faiz artırmağa hazırlaşır.

Rusiya sanksiyalara cavab olaraq qaz ixracını azaltdıqdan sonra ölkə Rusiyanı geridə qoyub.

Oxşar