„Reuters“ - Marko Rubio 3 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək
„Reuters“ - Marko Rubio 3 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək

ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin dekabrın 3-də Brüsseldə keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə „Reuters“ anonim mənbəyə istinadən yazır.

Qurum xəbər verir ki, onun əvəzinə ministeriyalda Marko Rubionun müavini Kristofer Landau iştirak edəcək.

Marko Rubionun Brüsselə niyə gəlməyəcəyi məlum deyil.

Qeyd etmək lazımdır ki, ildə iki dəfə keçirilən NATO xarici işlər ministeriyalında dövlət katibinin iştirak etməməsi çox nadir haldır.