“Reuters” – Liz Trass Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsindən sonra NATO liderlərinin təcili iclasının çağırılmasını tələb edəcək

11:40, 11.10.2022

 

Böyük Britaniyanın baş naziri Liz Trass Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsindən sonra NATO liderlərinin təcili iclasının çağırılmasını tələb edəcək. Bu barədə “Reuters” məlumat yayır.

Böyük Britaniya baş nazirinin ofisindən verilən məlumatda, bu gün planlaşdırılan iclasda Liz Trassın “Böyük Yeddilik” liderlərini Ukraynaya verdikləri dəstəkdə qətiyyətli olmağa çağıracağı və NATO liderlərinin iclasının çağırılmasını tələb edəcəyi deyilir.

Liz Trass Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı G7 liderlərinin virtual görüşünün onlar üçün müdaxiləyə qarşı birliklərini təsdiqləmək şansı olduğunu bildirib.

“Heç kim sülhü Ukraynadan çox istəmir. Bizim tərəfimizdən ona qələbə çalmağa kömək etmək üçün qəti hazırlığımızda bir zərrə belə tərəddüd etməməliyik” – “Reuters”in məlumatına görə bu barədə Trassın G7 liderlərinin görüşündə çıxış edəcəyi bəyanatında deyilir.

Oxşar