"Reuters" - Kirill Dmitriyev 31 yanvarda ABŞ-a gələcək və Tramp administrasiyasının nümayəndələri ilə görüşəcək
Rusiyanın baş danışıqçısı Kirill Dmitriyev 31 yanvarda ABŞ-a gələcək və Amerika administrasiyasının nümayəndələri ilə görüşəcək.
İki məlumatlı mənbə “Reuters”ə bildirib ki, Dmitriyev “Tramp administrasiyasının üzvləri” ilə görüşmək üçün Mayamiyə səfər edəcək.
ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu fevral ayında Birləşmiş Ərəb Əmirliklərində planlaşdırılır.