“Reuters” – İtaliyada torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub, beş nəfəri tapmaq isə bu vaxtadək mümkün olmayıb

10:34, 28.11.2022

 

İtaliyanın cənubunda İschia adasında torpaq sürüşməsi yeni doğulmuş körpə də daxil olmaqla 7 nəfərin həyatına son qoyub. İschia adasında torpaq sürüşməsi noyabrın 26-da baş verib. Fəlakətə güclü yağış səbəb olub.

“Reuters” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yazdığı məlumata əsasən, indiyədək 5 nəfəri tapmaq mümkün olmayıb. Xilasetmə və axtarış əməliyyatı davam edir. İnsidentlə əlaqədar İtaliya hökumətinin başçısı Giorgia Meloni təcili iclas keçirərək zərərçəkənlərə yardım etmək üçün sərəncam verib. Bu məqsədlə iqtidar iki milyon avro ayırıb.

Təbii fəlakət zonasından 230 nəfər təxliyə ediləcək.

Oxşar