„Reuters“ - İsrailin hücumu nəticəsində ehtimal ki, İranın müdafiə naziri və İnqilab Keşikçiləri komandiri həlak olub
İsrailin hücumu nəticəsində ehtimal ki, İranın müdafiə naziri Əziz Nəsrzadə və və İnqilab Keşikçiləri Korpusunun komandiri Məhəmməd Pakpuri həlak olublar.
Bu barədə „Reuters“ agentliyi İsrail hərbi əməliyyatlarına yaxın iki mənbəyə və bir regional mənbəyə istinadən məlumat yayır.
Medianın məlumatına görə, İranın Ali Lideri Ayətullah Əli Xameneinin taleyi hələ də bəlli deyil. İsrail mediası onun mümkün sui-qəsd hadisəsi barədə xəbər verir. Lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Bundan əvvəl “New York Times” qəzeti Xameneinin iqamətgahının zərbələr nəticəsində dağıdıldığını və hadisəni əks etdirən fotoyu dərc etdiyini yazıb. “Reuters” anonim mənbəyə istinadən İranın Ali Liderinin ABŞ-İsrail birgə hərbi əməliyyatı zamanı İranda olmadığı barədə məlumat yaydı. Mənbənin iddia etdiyinə görə, Ayətullah Əli Xamenei təhlükəsiz yerə köçürülüb.