“Reuters” – İsrail Suriyada Rusiya bazası yaxınlığına raket zərbələri endirib

11:39, 15.08.2022

 

“Reuters”in məlumatına əsasən, İsrail Suriyada Rusiya bazası yaxınlığına raket zərbələri endirib. Agentlik tərəfindən verilən məlumatda, İsrailin hədəfinin İranın hərbi obyektləri olduğu deyilir. Bu barədə “Reuters”ə İsrail kəşfiyyatının nümayəndələri məlumat verib.

Onların verdiyi məlumata əsasən, İranın Radar Xidmət Stansiyasına və Tartu limanı yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemi xidmət məntəqəsinə bir neçə raket zərbəsi endirilib. Rusiya donanmasının əsas bazası bu limanda yerləşir.

İsrailin digər zərbələrinin hədəfi İranyönümlü “Hizbullah” radikal qruplaşmasının döyüşçülərinin yerləşdiyi Suriyanın paytaxtı Dəməşqin şimal-şərq ətrafı olub. Suriya ordusu zərbələr nəticəsində 3 hərbçinin həlak olduğunu açıqlayıb.

İsrail son illər ərzində Suriyada İranla əlaqəli olduğuna inandığı hədəflərə dəfələrlə zərbələr endirib. Lakin indiyədək İsrail Rusiya bazası yaxınlığında hücumlar həyata keçirməkdən çəkinib.

Oxşar