“Reuters” – İsrail İordan çayının qərb sahilindəki Qusra kəndinə hərbi qüvvələr yerləşdirib
İsrail İordan çayının qərb sahilindəki Qusra kəndinə hərbi qüvvələr yerləşdirib. Bu qərar israilli məskunlaşanların bir neçə fələstinli ailəni mühasirəyə alaraq onları evlərini tərk etməyə məcbur etməsindən sonra qəbul edilib.
“Reuters” agentliyinin məlumatına görə, yerli israillilər həftəsonu fələstinli ailələri mühasirəyə alıblar. Medianın məlumatına görə, yeni məskunlaşanlar kəndin yolunu kəsib və fələstinlilərin həyətlərində çadır quraraq heç kimin giriş-çıxışına icazə verməyiblər. Yerli fələstinlilərin söylədiyinə görə, son günlər Qusra kəndində baş verən hadisələrin məqsədi onları öz torpaqlarından qovmaqdır.
Paralel olaraq, yeni İsrail köçkünləri və İsrail hərbçiləri arasında qarşıdurma baş verib.
Məlumat üçün bildirək ki, fələstinlilərin yaşadığı İordan çayının Qərb sahili 1967-ci il Yaxın Şərq müharibəsi zamanı İsrail tərəfindən işğal edilib. İordan çayının qərb sahilinin əhalisi dörd milyonu ötür, onlardan 3.3 milyondan çoxu fələstinli, 670 000-i isə israillidir.