"Reuters" - İranın ruhani şurası Ayətullah Əli Xameneinin varisinin seçilməsi prosesini sürətləndirir
İranın ruhani şurası Ayətullah Əli Xameneinin varisinin seçilməsi prosesini sürətləndirir. “Reuters”in anonim mənbələrə istinadən verdiyi məlumata görə, hazırda iki namizəd müzakirə olunur – Əli Xameneinin 56 yaşlı oğlu Müctəba Xamenei və İslam İnqilabının lideri, keçmiş ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni.
Həsən Xomeyni, siyasi və sosial məhdudiyyətlərin yüngülləşdirilməsi təşəbbüsü ilə çıxış edən islahatçı qanadla sıx bağlıdır. Xameneinin oğlu Müctəba isə, atası kimi, sərt xəttin tərəfdarıdır.
“Reuters”in yazdığına görə, namizədlərin dəyişməsi istisna olunmur. Son söz isə hazırkı ayətullaha məxsusdur.
Bununla yanaşı, “The New York Times” nəşri yazır ki, Ayətullah Əli Xameneinin üç mümkün namizədi var, lakin onların arasında onun oğlu yer almır.