"Reuters" - İranın nümayəndə heyəti Pakistandan Omana gəlib
"Reuters" - İranın nümayəndə heyəti Pakistandan Omana gəlib

Pakistan səfərindən sonra İran nümayəndə heyəti, ölkənin xarici işlər naziri Abbas Əraqçinin rəhbərliyi ilə Omana gəlib, – bu barədə “Reuters” agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bağeyiyə istinadən məlumat yayır. 

Onların məlumatına görə, Əraqçi Omanın paytaxtı Məsqətdə ev sahibi ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Esmail Bağeyinin bildirdiyinə görə, İran Fars körfəzi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir və eyni zamanda qarşılıqlı etimadın gücləndirilməsinə və konstruktiv əməkdaşlığa sadiqdir.

Onun sözlərinə görə, Oman–İran münasibətləri Tehranın qonşularla qarşılıqlı hörmətə əsaslanan və hər iki tərəf üçün faydalı münasibətlər qurmaq istiqamətində səmimi səylərinin göstəricisidir.

Bununla yanaşı, mediada yayılan məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Omana səfərindən sonra Pakistana qayıdacaq, daha sonra isə Rusiyaya gedəcək.