“Reuters” – İranın dini lideri Müctəba Xamenei silahlanma üçün yararlı uranın ölkədən çıxarılmaması barədə direktiv imzalayıb

22:58, 21.05.2026

İranın dini lideri Müctəba Xamenei silahlanma üçün yararlı uranın ölkədən çıxarılmaması barədə direktiv imzalayıb. Bu barədə “Reuters” agentliyi iranlı yüksək vəzifəli şəxslərə istinadən məlumat yayır.

“Ali rəhbərin direktivi və ölkə daxilindəki konsensus ondan ibarətdir ki, zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılmamalıdır”, – mənbələrdən biri, anonimliyin qorunması şərtilə “Reuters”ə bildirib.

Onun sözlərinə görə, İranın yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, uranın xaricə göndərilməsi ölkəni ABŞ və İsrailin gələcək hücumlarına qarşı daha həssas edəcək.

Nəşrin yazdığına görə, Ayətullah Müctəba Xameneinin bu əmri ABŞ Prezidenti Donald Trampı daha da qəzəbləndirə və müharibəyə son qoymaq üçün aparılan danışıqları çətinləşdirə bilər.

Oxşar