"Reuters" - İranda tələbələr hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirirlər
"Reuters" - İranda tələbələr hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirirlər

İranda tələbələr hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirirlər, – bu barədə “Reuters” agentliyi yazır.

Agentliyin məlumatına görə, Tehrandakı Beheşti Universitetinin tələbələri hökumət əleyhinə etiraz aksiyaları zamanı həlak olanların xatirəsini yad etmək və həbs olunan tələbələri dəstəkləmək üçün toplaşıblar.

Bir neçə tələbənin saxlanıldığı barədə məlumat yayılır.

Bununla yanaşı, Əmirkabir şəhərinin Texnologiya Universitetində də etiraz aksiyası keçirilir və nümayişçilər “Yaşasın kral” şüarları səsləndirirdilər.