“Reuters” – İran Yəmənli “husilər”i ABŞ-ın İranın enerji infrastrukturuna zərbələr endirəcəyi təqdirdə Qırmızı dənizin bağlanmasına hazır olmağa çağırıb

22:36, 16.07.2026

İran Yəmənli “husilər”i ABŞ-ın İranın enerji infrastrukturuna zərbələr endirəcəyi təqdirdə Qırmızı dənizin bağlanmasına hazır olmağa çağırıb, – bu barədə „Reuters“ agentliyi yazır.

Nəşr üç mənbəyə istinadən qeyd edir ki, İran rəhbərliyində sözügedən məsələ artıq müzakirə olunub və mesaj İranın „husi“ müttəfiqlərinə çatdırılıb.

Bununla yanaşı, nəşrin məlumatına görə, Yəmənli „husilər“in sözügedən çağırışı nə vaxt və hansı yolla aldıqları hələlik məlum deyil.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın iyulun 14-də İranı ölkənin enerji infrastrukturuna zərbə endirməklə hədələməsindən sonra bu tələbin verilib-verilmədiyi də qeyri-müəyyən olaraq qalır.

Məlumat üçün bildirək ki, İran tərəfindən dəstəklənən „husilər“ Yəmən ərazisinin mühüm hissəsinə nəzarət edir və Qırmızı dənizdə üzən gəmilərə tez-tez hücumlar təşkil edirlər.

Oxşar