"Reuters" - İran uranın zənginləşdirilməsinin məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazırdır
"Reuters" - İran uranın zənginləşdirilməsinin məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazırdır

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmağı müzakirə etməyə hazırdır, – bu barədə məlumatı “Reuters” agentliyi anonim iranlı yüksək vəzifəli şəxsə istinadən yayır.

“Reuters”ın yazdığı kimi, mənbənin dediyinə görə, Avropa dövlətlərinin rolu indi daha aydın görünür, çünki Tehran hazırda İsrailin hücumları səbəbindən ABŞ ilə münasibət qurmaq istəmir.

“Biz E3-ün (Almaniya, Fransa, Böyük Britaniya) nüvə məsələləri ilə bağlı təşəbbüslərini dinləməliyik”, – İranın yüksək vəzifəli şəxsi qeyd edir.

Onun dediyinə görə, uranın zənginləşdirilməsindən tam imtina məsələsi nəzərdən keçirilmir.

Qeyd etmək lazımdır ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalasın da iştirak edəcəyi Cenevrədə Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə görüşür.