"Reuters" - İran Qətərdə yerləşən bazalara cavab hücumundan əvvəl ABŞ-a xəbərdarlıq edib
İran Qətərdə yerləşən Amerika bazalarına cavab hücumundan əvvəl ABŞ-a xəbərdarlıq edib. Bu barədə “Reuters”ə anonim mənbə bəyan edib.
Mənbənin bildirdiyinə görə, İran ABŞ-ı iki diplomat vasitəsilə xəbərdar edib ki, Qətərdə yerləşən Amerika bazalarına cavab hücumları edəcək.
„Reuters“ həmçinin yazır ki, İran Qətəri də xəbərdar etmişdi və buna görə Qətər hava məkanını bağlamaq qərarına gəldi.
Bundan əvvəl „The New York Times“ nəşri İranın itkiləri minimuma endirmək üçün bu addımı atdığını yazırdı.